Tibbi tullantılarla dair fəaliyyət planı hazırlanır, yaşıl xəstəxana modeli nəzərdə tutulur

Tibbi tullantılarla dair fəaliyyət planı hazırlanır, yaşıl xəstəxana modeli nəzərdə tutulur

Tibbi tullantılarla dair fəaliyyət planı hazırlanır, yaşıl xəstəxana modeli nəzərdə tutulur

Tibbi tullantıların idarə edilməsi sahəsində fəaliyyət planı hazırlanır.

xəbər verir ki, bunu millət vəkili Soltan Məmmədov Milli Məclisdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, tibbi tullantılar infeksiya yayması baxımından xüsusi tələblərə cavab verməlidir: “Son zamanlarda tibbi tullantıların artmasında böyük artım müşahidə olunub. Bunlar təkcə səhiyyə müəssisələrində deyil, eyni zamanda, gözəllik salonları, qocalar evləri və digər müəssisələrdə də ortaya çıxır. Bu tullantılar yeraltı sulara qarışmaqla gələcəkdə müxtəlif genetik xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu tullantılar orta çıxandan məhv edilənə qədər düzgün idarəetmə sistemi qurulmalıdır”.

Deputat qeyd edib ki, tibbi tullantıların idarə edilməsi istiqamətində mövcud çatışmazlıqlarla bağlı həm yerli qurumlar, həm də beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirmələr aparılıb:

“Bu il UNİCEF tərəfindən 7 rayonda tibbi tullantılarla bağlı monitorinq aparılıb. Bu layihə Səhiyyə Nazirliyi tərəfindən daha geniş müzakirə edilir. Tibbi tullantıların idarə edilməsi sahəsində fəaliyyət planının təqdim edilməsi nəzərdə tutulur. Bu sahədə qurumlar arasında qurumlararası kommunikasiya mexanizminin təkmilləşdirilməsinə, monitorinq və yoxlamanın gücləndirilməsinə ehtiyac var. Sahibkarlar bu sahəyə investisiya qoymalarını təşviq etmək üçün müxtəlif imtiyazlar verilməlidir. Tibbi tullantıların idarə olunması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib. Hazırda dünyada geniş yayılan yaşıl xəstəxana modelinin tətbiqi nəzərdə tutulur. Bu yanaşma gün-gündən daha da aktuallaşır. COP29-un Azərbaycanda keçirilməsi çərçivəsində yaşıl xəstəxanalar məsələsinin də müzakirə edilməsi daha yaxşı olar”.

Share: