Anqola OPEC-i tərk edib.
ANGOP agentliyinə istinadən xəbər verir ki, Anqolanın mineral ehtiyatlar, neft və qaz naziri Diamantino de Azevedo ölkəsinin OPEC-dən çıxdığını elan edib.
Müvafiq qərar Nazirlər Şurasının iclasında respublika Prezidenti Joao Lourençonun rəhbərliyi ilə qəbul edilib.