Nizami kino Mərkəzində Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Hadrut, sən azadsan!” sənədli filminin təqdimat mərasimi baş tutub.
xəbər verir ki, təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, mədəniyyət nazirinin müavini Murad Hüseynov, mədəni-ictimai xadimlər, Müdafiə Nazirliyinin əməkdaş və nümayəndələri, həmçinin media mənsubları iştirak edib.
Qeyd edək ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüseri olduğu film 44 günlük Vətən Müharibəsinin parlaq səhifələrindən biri olan Hadrut şəhərinin düşmən işğalından azad olunması əməliyyatından bəhs edir.