UNICEF hesab edir ki, Qəzzada uşaqların 80%-dən çoxu acdır və ya ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkir.
-nın xəbərinə görə, bu barədə təşkilatın araşdırmasında bildirilir.
“UNICEF hesab edir ki, yaxın həftələrdə beş yaşınadək ən azı 10,000 uşaq həyati təhlükəsi olan qida çatışmazlığından əziyyət çəkəcək. Bu qəbuledilməz risk Qəzza zolağında qida və səhiyyə sistemlərinin tam iflasa uğradığı bir vaxta təsadüf edir”, – tədqiqatçılar bildirib.
Ümumilikdə təşkilat bildirir ki, Qəzzada uşaqların 80%-ə qədəri qida çatışmazlığı ilə üzləşib, Fələstin anklavının xəstəxanalarının üçdə ikisi yanacaq, dərmansız və ya İsrail qüvvələri tərəfindən fiziki olaraq məhv edildiyi üçün fəaliyyətini dayandırıb.
UNICEF tərəfləri dərhal atəşi dayandırmağa çağırır.