İmmiqrasiya naziri: Danimarka ukraynalı qaçqınları saxlamayacaq

İmmiqrasiya naziri: Danimarka ukraynalı qaçqınları saxlamayacaq

İmmiqrasiya naziri: Danimarka ukraynalı qaçqınları saxlamayacaq

Ukraynalı qaçqınlar Ukraynada müharibə başa çatdıqdan sonra evlərinə qayıtmalıdırlar.

-nın “Berlingske” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Danimarkanın immiqrasiya naziri Bek deyib.

Nazirin sözlərinə görə, Danimarka Ukraynadan gələn hər kəsin Danimarkada qala biləcəyini bəyan etmək niyyətində deyil. “Əgər biz bunu tək etsək və Aİ tələblərinə cavab verməyən yerli qanunvericiliyimizi qəbul etsək, vvəlcədən təhlükəsiz yerə sahib olan insanların çox böyük axını ilə üzləşəcəyik” – nazir bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna öz vətəndaşlarının geri qayıtmasını istədiyinə dair “aydın siqnal” verib və Danimarka “buna hörmət etməlidir”. Bek Ukraynadan olan qaçqınların Danimarkada qalma müddətinin uzadılmasının əleyhinə olduğunu bildirib.

Nəşr qeyd edir ki, ukraynalı qaçqınlara yaşamaq və işləmək icazəsini təmin edən qanun 2025-ci ilin mart ayına qədər qüvvədədir. Bu qanunun müddəti bitdikdən sonra yaşayış icazəsi olan 30 278 ukraynalı yenidən Danimarkadan sığınacaq üçün müraciət etməli olacaq.

Share: