Qəzza zolağında 75 gün davam edən qarşıdurmada BMT-nin 136 əməkdaşı həlak olub.
-nın məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində bildirib.
“75 gündə Qəzza zolağında 136 həmkarımız öldürüldü. Biz BMT tarixində belə bir şey görməmişdik. İşçilərimizin çoxu evlərini tərk etmək məcburiyyətində qaldı. Qəzza zolağında mülki insanlara dəstək olmaq üçün həyatlarını riskə atan işçilərə hörmətlə yanaşıram”, – Quterreş yazıb.