Rusiya Kommunist Partiyasının (KPRF) prezident seçkilərində namizədi məlum olub.
-nın Moskva müxbiri xəbər verir ki, KPRF-in qurultayı Nikolay Xaritonovun 2024-cü ilin martın 17-də keçirilən seçkilərdə prezidentliyə namizədliyini irəli sürüb.
Kommunist Partiyasının lideri Gennadi Züqanov prezident seçkilərində Rusiya Federasiyası Kommunist Partiyasından namizədin qərargahına rəhbərlik edəcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiya Federasiyası Kommunist Partiyasından onun lideri Zyuqanov dörd dəfə – 1996, 2000, 2008 və 2012-ci illərdə Rusiya Federasiyasının prezidenti postuna namizədliyini irəli sürüb. O, bütün prezident seçkilərində ikinci yeri tutub. 1996-cı ildə o, qələbəyə yaxın olub. 1996-cı il iyunun 16-da keçirilən birinci turda Boris Yeltsin 35,28%, Züqanov 32,03% səs toplayıb. Lakin ikinci turda Yeltsin 53,82% səslə Zyuqanova qalib gəldi. 2018-ci ildə partiyanın namizədi Lenin sovxozunun direktoru Pavel Qrudinin olub. O, 11,77% səslı 2-ci yeri tutub.