Balakəndəki qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, Balakən şəhər sakini, 48 yaşlı Qəhrəman İlyas oğlu Bayramovun meyi İsaxlıgirmə yaşayış məntəqəsinin yaxınlığındakı çaydan tapılıb.
Q. Bayramovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiz və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Əldə ounan məlumata əsasən Q. Bayramov cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb.
O, bir-neçə gün əvvəl həbsxanadan azadlığa çıxıb.
Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
***
Saat 21:02
Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
xəbər verir ki, bu barədə Balakən rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, dekabrın 23-də saat 13 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman Bayramovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan C.B-nin kəsici-deşici alətlə xəsarət yetirərək atası Qəhrəman Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
Saat 19:20
Balakəndə qətl hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan -ya bildirilib ki, dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.