ABŞ-də ticarət mərkəzində baş verən atışmada bir nəfər ölüb

ABŞ-də ticarət mərkəzində baş verən atışmada bir nəfər ölüb

ABŞ-də ticarət mərkəzində baş verən atışmada bir nəfər ölüb

ABŞ-nin Florida ştatının Okala şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

-nın məlumatına görə, bu barədə şəhər polisi “Х” sosial şəbəkəsində yazıb.

Polisin verdiyi məlumata əsasən, bir kişi ölüb, digər qadın isə yaralanaraq xəstəxanaya aparılıb.

Həmçinin atışmanın “məqsədli şəkildə” ola biləcəyi və şübhəlinin qaçdığı ehtimal edilir. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinə yenidən baxış keçirir və hadisə ilə bağlı araşdırma aparır.

***

Saat 02:45

ABŞ-nin Florida ştatının Okala şəhərində ticarət mərkəzində atışma baş verib.

xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Hadisə zamanı bir neçə nəfər yaralanıb.

Şübhəlinin qaçdığı güman edilir

Hazırda ticarət mərkəzi boşaldılır.

Share: