Çexiya Ukraynaya qayıdacaq qaçqınlara vəsait ödəyəcək

Çexiya Ukraynaya qayıdacaq qaçqınlara vəsait ödəyəcək

Çexiya Ukraynaya qayıdacaq qaçqınlara vəsait ödəyəcək

Çexiya hökuməti vətənlərinə qayıtmağa qərar verəcək ukraynalılara maliyyə yardımı edəcək.

-nın xəbərinə görə, “The Insider” bu barədə Çexiya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan və Prezident Petr Pavel tərəfindən imzalanan sənədə əsasən məlumat yayıb.

Hökumət hələ geri qayıdacaq qaçqınlara ödəniləcək vəsaitin həcmini müəyyənləşdirməyib. Ancaq bu vəsait hər hansı qaçqına ancaq bir dəfə ödəniləcək. Çexiya hökumətinin Ukraynaya qayıtmaq üçün vəsait ödədiyi qaçqın yalnız həmin vəsaitin yarısını qaytardığı halda yenidən Çexiyaya dönə biləcək.

Eyni zamanda müharibənin tezliklə başa çatmayacağı nəzərə alınaraq, Çexiya hökuməti ukraynalı qaçqınların sosial müdafiəsinə yönəlik proqramın müddətini 31 mart 2025-ci ilə qədər uzadıb.

Share: