Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
xəbər verir ki, ilin son turu iki oyunla tamamlanıb.
Əvvəlcə “Neftçi” və “Kəpəz” komandaları meydana çıxıblar. “Neftçi Arena”da keçirilən görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 8-ci dəqiqədə Azər Salahlı və 71-ci dəqiqədə Andre Şinyaşiki fərqləniblər.
Günün digər matçında “Zirə” ilə “Qarabağ” üz-üzə gəlib. Zirə Olimpiya İdman Kompleksində baş tutan matç “köhlən atlar”ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qonaqların qoluna 30-cu dəqiqədə Olavio Juninyo imza atıb.
Bu nəticələrdən sonra xallarını 41-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Zirə” 29 xalla 2-ci, “Neftçi” 25 xalla 3-cü sırada qərarlaşıb. “Kəpəz” isə 14 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Səbail”i 1:0, “Turan Tovuz” isə “Araz-Naxçıvan”a 3:1 hesabı ilə məğlub edib.