Serbiya prezidenti Aleksandr Vuçiç Belqradın mərkəzində baş verən iğtişaşlarla əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
xəbər verir ki, bu barədə TV Pink məlumat yayıb.
Serbiyanın daxili işlər naziri Bratislav Qasiç etiraz aksiyasının keçirildiyi yerdədir. Polis artıq etirazçıları dağıdıb.
***
23.56
Dekabrın 18-də etiraz aksiyalarına başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışırlar.
xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
***
23.23
Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.
xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib.
“Serbiya vətəndaşları, sizə demək istəyirəm ki, vəziyyət dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün çalışırıq.”, – deyə prezident vurğulayıb.
***
22.57
Serbiya prezidenti Aleksandr Vuçiç etirazçıların Belqrad şəhər administrasiyasının binasına soxulmaq cəhdləri fonunda xalqa müraciət edəcək.
xəbər verir ki, bu barədə “Veçernje novosti” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müraciət onlayn rejimdə baş tutacaq. Qəzet başqa heç bir təfərrüat bildirmir.
Qeyd edək ki, serb müxalifətçiləri Belqrad şəhər administrasiyasına basqın ediblər
Etirazçılar şəhər administrasiyasının qapılarını sındırmağa cəhd edib, məşəl yandırıblar.