Britaniyaya məxsus hərbi gəmi Qayana sahillərinə yola düşəcək.
xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Trent patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək olaraq Cənubi Amerikaya göndəriləcək.
Qəzetin yazdığına görə, gəmi əsasən antiterror təlimlərində istifadə olunur, həmçinin piratlıq və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir.
Gəmi adətən Aralıq dənizində işləyir.