2023-cü ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 18,6% artaraq 6 milyard 122,9 milyon manat olub.
Bu barədə “-Economics” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Hüquqi şəxslər tərəfindən əhaliyə 5031,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 82,2%-ni təşkil edib.