İşğaldan azad olunan kəndlərin, şəhərlərin bərpası zamanı xaraba qoyulan ərazilərdən çıxan söküntü materiallarının təkrar emal olunaraq, iqtisadi dövriyyəyə qaytarılması həm ekologiyaya xeyirdir, həmçinin layihələrin məsrəflərini, xərclərini azaldır.
xəbər verrir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
E. Hüseynov bildirib ki, işğal dövrü ərzində baş vermiş vandalizm aktları çoxlu söküntü tullantıların yaranmasına səbəb olub: “8 şəhərimiz yerlə-yeksan edilib. Və burada bu kəndlərin, şəhərlərin bərpası zamanı mövcud olan xarabalıqlardan çıxan söküntü materiallarının təkrar emal olunaraq, istisadi dövriyyəyə qaytarılması həm ekologiyaya xeyirdir, həmçinin layihələrin məsrəflərini, xərclərini azaldır, optimizasiya edir. Eyni zamanda layihələrin daha tez bir şəkildə icra olunmasına şərait yaradır”.