Neftçalada arvadının intiharına görə tutulan şəxsin məhkəməsi başlayır

Neftçalada arvadının intiharına görə tutulan şəxsin məhkəməsi başlayır

Neftçalada arvadının intiharına görə tutulan şəxsin məhkəməsi başlayır

Neftçalada şəxsin özünü öldürmə həddinə çatdırılması faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Neftçala rayon prokurorluğundan -ya verilən məlumata görə, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Aydın Xəlilovun arvadı Qızqayıd Xəlilovanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Neftçala rayon məhkəməsinə göndərilib.

Share: