Məni Alman kafəsində paltosu kirli,
papağı büzülmüş bir kişidən
Maryanı almağa gətizdirdilər
Məryəm hardan çıxdı?
Dedi…
Bir şüşə vodka siminov markalı bir qutu siqaret biraz donuz kolbasası
İki gilas kompotu üç min rubil pul
Gətir
Və götür
Göylərin sahilində saçlarını darayır Marya
Maryanın ağzında ki dənizdə ölümə meydan oxuyur qu-quşları
Sağ gözündə ki badamın qabığı nazikdir əl dəysə sınar
Sol gözündə ki püstə kordur çıxılmaz küçədir yəni
Marya!
Sinəndə ki yuvarlaq meydanlara tapşır məni az fırlatsınlar öz başıma
Bu Alman kafəsində ki şərab satan qızın gülüşləri
Təbrizin göy-məsçidin də içkiyə etdiyim tövbəni sındıracaqdır görürəm
Məni Alman kafəsində paltosu kirli,
papağı büzülmüş bir kişidən
Maryanı almağa gətizdirdilər
Məryəm hardan çıxdı?
Dedi…
Bir şüşə vodka siminov markalı bir qutu siqaret biraz donuz kolbasası
Gətir
Və götür
Əynində ki kapşenkasını çıxardanda Marya öyrəndim
Uçuşa olan təcavüzün adı qəfəsdir
Və ağzını açıb danışanda Marya
öyrəndim
Sükutu qorxudan tapançanın adı səsdir
Məni Alman kafəsində paltosu kirli
papağı büzüşmüş bir kişidən
Maryanı almağa gətizdirdilər
Məryəm hardan çıxdı?
Dedi…
Bir şüşə vodka siminov markalı bir qutu siqaret
Gətir
Və götür
Bu şeirdə paltosu kirli papağı büzülmüş kişini
sətir-sətir fırlatdıqca qimət aşağı düşür
Maryanın payızlığı Volqa çayının sahilində uşaqların atdığı şokolad qabıqları kimi ayaqlanılır
Və saçının cənazəsini çiyinlərində gəzdirillər terorist kişilər salavatınan
Naləmi dilimin altında gizlədirəm
Və dişlərimin dibinə soxuram ağzımda aahı
Paltomun sol yaxasını açıram haala
Ürəyimin cibindəki Məryəmin fotosuna baxıram
Məni Alman kafəsində paltosu kirli
papağı büzülmüş bir kişidən
Maryanı almağa gətizdirdilər
Məryəm hardan çıxdı???