İraqın şimalındakı hava limanında beynəlxalq koalisiyanın hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücum olub.
xəbər verir k, bu barədə RT məlumat yayıb.
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
Ərbil hava limanındakı bazaya hücum partlayıcılarla dolu pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.
“Bu insident bir neçə nəfərin yaralanmasına, əmlaka ziyan vurmasına və hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olub, mülki uçuşların fəaliyyətinə təsir göstərib”, – deyə qeyd olunub.
Noyabr ayında İraqın “Rudaw” telekanalı ABŞ-ın İraqın şimalındakı Hərir hərbi bazasına pilotsuz uçan aparatla hücum etdiyini bildirib.