ABŞ İraqdakı “Kataib Hizbullah” hədəflərinə zərbələr endirib, ölənlər var

ABŞ İraqdakı “Kataib Hizbullah” hədəflərinə zərbələr endirib, ölənlər var

ABŞ İraqdakı “Kataib Hizbullah” hədəflərinə zərbələr endirib, ölənlər var

ABŞ Mərkəzi Komandanlığı İraqdakı şiə qruplaşması “Kətaib Hizbullah”a zərbələr endirib.

xəbər verir ki, bu barədə Komandanlıq “X” hesabında paylaşım edib.

Bildirilib ki, əməliyyat İraq və Suriyada koalisiya qüvvələrinə qarşı hücumlara cavab olaraq keçirilib.

Hesabatda qeyd edilir ki, zərbələr “Kətaib Hizbullah”ın bir neçə obyektini dağıdıb və ehtimal edilir ki, qruplaşmanın bir neçə döyüşçüsü öldürülüb.

“Mülki vətəndaşların xəsarət alması ilə bağlı heç bir əlamət yoxdur”, – bəyanatda deyilir.

Pentaqonun məlumatına görə, oktyabrın 17-dən bəri Suriya və İraqdakı ABŞ əsgərləri 66 dəfə hücuma məruz qalıb.

900-ə yaxın amerikalı hərbçi Suriya ərazisində, 2500 nəfəri isə İraqda yerləşdirilib.

Share: