Daha bir Tacikistan vətəndaşı terror aktı hazırlamaqda şübhəli bilinərək yanvarın 7-dək Almaniyada həbs edilib.
-nın məlumatına görə, əcnəbi Veseldə mənzildə axtarış aparılarkən saxlanılıb.
Bundan əvvəl Avstriya və Almaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Milad günü, o cümlədən Köln kilsəsində terror aktları törətməyi planlaşdıran Vilayəti-Xorasan terror təşkilatının üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat keçirib.
Artıq bazar günü Vyanada və Almaniyanın qərbində bir neçə Tacikistan vətəndaşı saxlanılıb və həbs edilib.