Türkiyə ordusu İraqın şimal bölgələrində xüsusi əməliyyat keçirməyə davam edir.
-nın məlumatına görə, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülərin bəyanatında deyilir.
Gülər vurğulayıb ki, türk əsgərlərinə hücumlar nəticəsində 12 nəfər həlak olub. Buna cavab olaraq Şimali İraqda Küdistan Fəhlə Partiyasının (PKK) mövqelərinə kütləvi zərbələr endirilib. PKK-nın sığınacaqları, neft obyektləri və anbarları məhv edilib. Həmçinin zərbələr nəticəsində 56 terrorçu öldürülüb.
Gülərin sözlərinə görə, PKK xeyli itki verib və faktiki olaraq manevr imkanlarından məhrum olub. Müdafiə Nazirliyinin başçısı qeyd edib ki, Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatları bölgədəki “son terrorçu” məhv edilənə qədər davam edəcək.