ABŞ-ın səfirliyi Qüdsə köçürmə qərarına bazar ertəsi günü dünyanın 46 ölkəsində keçiriləcək aksiyalarla etiraz ediləcək.
Müstəqil.Az xəbər verir ki, bu barədə Fələstinli Qüvvələr və Fəaliyyətləri Təşkilatının baş koordinatoru İsam Əbubəkr danışıb.
“Ərəb ölkələri də daxil olmaqla, dünyanın 46 paytaxtında insanlar ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına və Təl-Əvivdəki səfirliyin buraya köçürülməsinə qarşı etiraz edəcəklər”, – baş koordinator deyib.
Müstəqil.Az