İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi təsdiqlənib

İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi təsdiqlənib

İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi təsdiqlənib

İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri 2 811 428 292,00 manat, xərcləri 2 811 428 292,00 manat məbləğində olacaq.

-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” fərmanda əksini tapıb.

Müəyyən edilsin ki, 2024-cü ildə icbari tibbi sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra

№-si

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

2.1.

Dövlət büdcəsindən ayırmalar

1 375 987 690,00

2.1.1.

Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması

1 236 410 000,00

2.1.2.

Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait

139 577 690,00

2.2.

İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları

815 053 804,00

2.2.1.

Büdcədən maliyyələşən təşkilatlar üzrə:

293 153 804,00

2.2.1.1.

İşəgötürən

146 576 902,00

2.2.1.1.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

8 400 000,00

2.2.1.2.

İşçi

146 576 902,00

2.2.1.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

8 400 000,00

2.2.2.

Neft-qaz sahəsində fəaliyyəti olan və ya qeyri-büdcə dövlət sektoruna aid edilən sahələr üzrə:

218 100 000,00

2.2.2.1.

İşəgötürən

109 050 000,00

2.2.2.1.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

1 650 000,00

2.2.2.2.

İşçi

109 050 000,00

2.2.2.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

1 650 000,00

2.2.3.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə:

303 800 000,00

2.2.3.1.

İşəgötürən

151 900 000,00

2.2.3.1.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

1 500 000,00

2.2.3.2.

İşçi

151 900 000,00

2.2.3.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

1 500 000,00

2.3.

Fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar

15 000 000,00

2.3.1.

Vergi uçotuna alınmış fiziki şəxslərdən (fərdi sahibkarlardan, xüsusi notariuslardan, vəkillər kollegiyasının üzvlərindən)

14 500 000,00

2.3.1.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

790 000,00

2.3.2.

Mülki hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərdən

500 000,00

2.3.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

20 000,00

2.4.

Avtomobil benzininin, dizel yanacağının, maye qazın Azərbaycan Respublikasının ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmalar

122 786 798,00

2.4.1.

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının, maye qazın hər litrinə görə daxilolma

92 600 000,00

2.4.2.

Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma

4 158 572,00

2.4.2.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

40 000,00

2.4.3.

Pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma

2 956 776,00

2.4.3.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

40 000,00

2.4.4.

Siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma

22 638 450,00

2.4.4.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

2 000 000,00

2.4.5.

Energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsi üzrə daxilolma

433 000,00

2.4.5.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

10 000,00

2.5.

Digər daxilolmalar

32 600 000,00

2.5.1.

İcbari tibbi sığorta üzrə sərbəst vəsaitin idarə olunması üzrə gəlirlər

31 000 000,00

2.5.2.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar

1 600 000,00

2.6.

Əvvəlki illərdə icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ

450 000 000,00

Müəyyən edilib ki, icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Sıra

№-si

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

3.1.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Aparatının (filial, idarə) saxlanılma xərcləri

32 500 000,00

3.2.

“Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin xərcləri

79 280 236,00

3.2.1.

Dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına ayrılmış vəsait

53 280 236,00

3.2.2.

İşəgötürən və işçi tərəfindən ödənilən sığorta haqları, digər sığorta haqları, habelə digər maliyyə mənbələrindən daxilolmalar hesabına ayrılmış vəsait (Naxçıvan Muxtar Respublikası üzrə daxilolmalar hesabına)

26 000 000,00

3.3.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin saxlanılma xərcləri

46 600 000,00

o cümlədən:

3.3.1.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Aparatının saxlanılma xərcləri

25 500 000,00

3.3.2.

“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin saxlanılma xərcləri

10 200 000,00

3.3.3.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki digər hüquqi şəxslərin saxlanılma xərcləri

10 900 000,00

3.4.

İcbari tibbi sığorta ödənişləri və dotasiya məbləği, cəmi

2 503 074 032,00

3.4.1.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə

icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər

1 717 996 342,00

o cümlədən:

3.4.1.1.

Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər

10 000 000,00

3.4.1.2.

İşğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri

4 000 000,00

3.4.2.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi

497 077 690,00

o cümlədən:

3.4.2.1.

Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait

139 577 690,00

3.4.2.2.

Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər

160 000 000,00

3.4.2.3.

Tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər

27 500 000,00

3.4.2.4.

Tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması

50 000 000,00

3.4.2.5.

Tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülə bilən tikililərin, kənd yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və quraşdırılması xərcləri

57 000 000,00

3.4.2.6.

Tibbi tullantıların daşınması zərərsizləşdirilməsi xidməti

18 000 000,00

3.4.2.7.

İşğaldan azad olunmuş ərazilərdə mobil hospitalların tikintisi, quraşdırılması zəruri avadanlıqla təchizatı

1 000 000,00

3.4.2.8.

Xidməti xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması

20 000 000,00

3.4.2.9.

İcbari tibbi sığorta sisteminin rəqəmsallaşdırılması üçün tibb müəssisələrində İT infrastrukturunun qurulması ilə bağlı xərclər

24 000 000,00

o cümlədən:

3.4.2.9.1.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin məlumat mərkəzlərində informasiya təhlükəsizliyinin qorunması və elektron sistemlərin davamlı fəaliyyətinin təmin edilməsi (qeyri-maddi aktivlərin və avadanlığın

alınması, quraşdırılması, sazlanması, proqram təminatı, texniki dəstək və lisenziyalar) xərcləri

19 000 000,00

3.4.2.9.2.

Digər xərclər

5 000 000,00

3.4.3.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik

hüquqi şəxsin tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri

260 000 000,00

3.4.4.

Aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi

28 000 000,00

3.5.

Sair xərclər

55 000 000,00

3.6.

Sığorta ehtiyatları

88 874 024,00

3.6.1.

o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə

3 303 343,00

3.7.

Yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin

maliyyələşdirilməsi xərcləri

6 000 000,00

3.8.

Bank xərcləri

100 000,00

Müəyyən edilib ki:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmuş məbləğlə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin həmin qurumlara ödədiyi sığorta ödənişlərinin məbləği arasında kəsir yarandığı halda, həmin kəsir aylıq əsaslarla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.4.1-ci yarımbəndində nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilir. Agentlik tərəfindən tibb müəssisələrinin smetaları əsasında ödənilən vəsaitin xərclənməmiş hissəsi büdcə ilinin sonunadək Agentliyə qaytarılır.

Naxçıvan Muxtar Respublikası üzrə:

– İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.2.1-ci yarımbəndində Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Agentlik hər ay üçün bərabər hissələrlə növbəti ayın 10-dan gec olmayaraq “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə ödəyir;

– İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.2.2-ci yarımbəndində Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta haqlarının (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.1-ci maddəsində nəzərdə tutulmuş vəsait istisna olmaqla) yığımını həyata keçirən səlahiyyətli orqanlar “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə ödəyirlər;

– İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.4.2.1-ci yarımbəndində nəzərdə tutulan vəsaitin bölgüsünü Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

– İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.5-ci yarımbəndində “Sair xərclər” üzrə nəzərdə tutulmuş vəsaitdən Agentliyin İdarə Heyətinin qərarı əsasında icbari tibbi sığortanın tətbiqi məqsədilə digər tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunur;

– İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.7-ci bəndində “Yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Agentlik həyata keçirir.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Share: