Türkiyə superkubokunun ləğv edilməsindən sonra “Qalatasaray”, “Fənərbaxça” və Türkiyə Futbol Federasiyası birgə bəyanatla çıxış edib.
xəbər verir ki, açıqlamada final matçının daha sonrakı vaxta təxirə salındığı bildirilib.
“Superkubokun təşkilində indiyədək göstərdikləri səylərə görə, Futbol Federasiyasına və ev sahibi ölkənin müvafiq qurum və təşkilatlarına təşəkkür edirik”, – deyə bəyanatda vurğulanıb.
***
Saat 21:42
Türkiyə Superkuboku matçı keçirilməyəcək.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan “Fənərbaxça” – “Qalatasaray” matçı ərəblərin bəzi qadağaları səbəbiylə ləğv olunub.
Belə ki, matçın başlanmasına dəqiqələr qala stadionda qoşulan ərəb mahnıları türk azarkeşlərin kəskin narazılığına səbəb olub.
Komandalar isə Türkiyə Futbol Federasiyasına oyuna çıxmayacaqlarını bildirib. İddialara görə, iki klub da artıq Türkiyəyə qayıtmaq üçün yola düşməyə hazırlaşırlar.