Azərbaycanda bir həftəlik bayram tətili başlayıb

Azərbaycanda bir həftəlik bayram tətili başlayıb

Azərbaycanda bir həftəlik bayram tətili başlayıb

Azərbaycanda bir həftəlik bayram tətili başlayıb.

xəbər verir ki, Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Əmək Məcəlləsinə əsasən, bu il 31 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bazar gününə təsadüf etdiyi üçün 2024-cü il 3 yanvar qeyri-iş günü olacaq. Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün – 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

2024-cü ilin 7 yanvarı isə iş günü olacaq.

Share: