BMT baş katibinin köməkçisi Xalid Xiari Təhlükəsizlik Şurasının Belqorodda keçirilən iclasında münaqişə tərəflərini məskunlaşan ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb.
xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
“Biz həm Ukraynada, həm də Rusiya Federasiyasında şəhər, qəsəbə və kəndlərə bütün hücumları birmənalı şəkildə pisləyirik”, – deyə o bildirib.
Xiari əlavə edib ki, mülki şəxslərə və infrastruktura hücumlar beynəlxalq humanitar hüququ pozur. Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır.