Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı artıb.
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Zəlzələdə ölənlərin sayı 62-ə çatıb.
Həmçinin, 100-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanların əksəriyyəti davam edən zəlzələnin episentrində olan İşikava prefekturasının sakinləridir.
100-dən çox bina yeraltı təkanlar nəticəsində dağılıb.
İşikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.
33 mindən çox ev işıqsız qalıb bəzi rayonlarda internet və mobil rabitədə fasilələr müşahidə olunur.
Bazar ertəsindən bəri Yaponiyada 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub.
Zəlzələ 1885-ci ildən bəri Yaponiyanın həmin ərazisində baş verən ən güclü zəlzələ olub.
***
02.01.2024
Saat 12:30
Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 48 nəfərə çatıb.
xəbər verir ki, “NHK World-Japan” televiziya kanalı bu barədə məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində minlərlə bina dağılıb. Hazırda təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün müvafiq qurumlar və əsgərlər zəlzələ baş verən ərazilərdədir.
Həmçinin əlavə edilib ki, Yaponiyada yeraltı təkanlar artıq ikinci gündür ki, davam edir.