Şimali Osetiya Alaniya Respublikasında “Azərbaycanlılar Konqresi” Azərbaycanda 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini dəstəkləyən bəyanat yayıb. Şimali Osetiya Respublikası “Azərbaycanlılar Konqresi”nin fəxri Prezidenti Şahin Məmmədov adından yayılan bəyanatda bildirilir: “Şimali Osetiya Alaniya Respublikasında yaşayan minlərlə azərbaycanlını doğma Azərbaycana olan sevgi birləşdirir. Biz Azərbaycanın Prezidenti Cənab İlham Əliyevlə hər zaman fəxr edirik. Müstəqil və güclü olan Azərbaycan Respublikasının vətəndaşı olduğumuz üçün qürur duyuruq.
Bizim hər zaman arzu və istəyimiz Azərbaycanı güclü, qüdrətli, suveren və müstəqil görməkdir. Hazırda Azərbaycan Cənubi Qafqazın iqtisadi liderinə çevrilmişdir. Bu gün Azərbaycan regional və qlobal təşəbbüsləri ilə dünya dövlətlərinin diqqət məkəzindədir. Xüsusən Prezident İlham Əliyevin təşəbbüsləri ilə Azərbaycanın həyata keçirdiyi layihələr dünya dövlətlərinin liderləri tərəfindən təqdir olunur. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün ardıcıl siyasət yeridir.
Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyətli, cəsarətli addımları sayəsində Azərbaycan tarixi Qələbə qanaraq öz ərazi bütövlüyünü bərpa etməyə nail olub. Ali Baş Komandan İlham Əliyev yüz illər boyunca heç kim etmədiyini etdi. 20 il əvvəl dediyi sözləri dəfələrlə təkrar edərək Qələbə Marşı çaldırmağa nail oldu. Bizə bu şanlı Zəfəri və sevinci yaşatdığına görə Cənab Prezidentə və Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildiririk.
Biz, Şimali Osetiya Alaniya Respublikasında yaşayan azərbaycanlılar Azərbaycan Respublikasında 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini dəstəklədiyimiz bəyan edirik. Biz, hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Bütün dünya azərbaycanlılarını 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə səsvermədə arzularımızı gercəyə çevimiş Liderə dəstək olmağa çağırırıq”.