Moskvadan Mahaçqalaya uçan təyyarə Volqoqrad hava limanına məcburi eniş edib.
-nın Rusiya bürosu xəbər verir ki, Ural Hava Yollarına məxsus təyyarə texniki səbəblərdən Volqoqrad hava limanına enib.
Flightradar xidmətinin məlumatına görə, Moskva-Mahaçqala reysi həyəcan təbili çalıb və enməyə başlayıb.
Airbus A320 sərnişin təyyarəsi təxminən bir saatlıq uçuşdan sonra Volqoqrad vilayəti üzərində iki dəfə həyəcan siqnalı verib. Təyyarə Volqoqrad hava limanına təhlükəsiz eniş edib.
Baş vermiş hadisənin səbəbi müəyyənləşdirilir.