Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib

Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib

Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib

Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən -nın yerli bürosuna verilən məlumata görə, bayram günlərində muxtar respublikada 8 zəhərlənmə halı qeydə alınıb.

Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.

Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.

Hazırda hamısının vəziyyəti normaldır.

Share: