“Kəpəz”dən ayrılan Azər Məmmədov “Səbail”də çalışacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azər Məmmədov baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.
Mütəxəssis daha əvvəl 2022-ci ildən 2023-cü yayına kimi “Səbail”də məşqçi kimi çalışıb.
Qeyd edək ki, Azər Məmmədov ötən ilin noyabrında 7:1 hesabı ilə “Qarabağ”a məğlub olduqdan sonra “Kəpəz”dən ayrılıb.