Ərdoğan Zelenski ilə regional məsələləri müzakirə edib

Ərdoğan Zelenski ilə regional məsələləri müzakirə edib

Ərdoğan Zelenski ilə regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı regional və qlobal problemlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanın dayandırılması və daimi sülhün təmin edilməsi üçün çox səy göstərir.

ƏrdoğanTürkiyənin Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu da vurğulayıb.

Türkiyə prezidenti, həmçinin taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasının vacib olduğunu əlavə edib.

Share: