Son aylarda İran çinli alıcılar üçün neftin qiymətini artırır ki, bu da iki ölkə arasında ticarətə maneçilik törədir.
-nın məlumatına görə, bu barədə “Reuters” neft emalı zavodlarındakı mənbələrə istinadən xəbər verib.
Qeyd olunur ki, bahalaşma fonunda İran neftinin Çinə tədarükü azalıb. Əgər 2023-cü ilin oktyabrında Pekin Tehrandan gündəlik 1,53 milyon barel neft alıbsa, dekabrda bu həcm 1,18 milyona qədər azalıb.
Hazırda vəziyyət dalana dirənmiş kimi görünür və Çin tərəfinin yeni qiyməti qəbul etməyə razı olub-olmayacağı bəlli deyil.