Almaniyanın Uelzen şəhərində (Aşağı Saksoniya Federal Əyaləti) klinikada baş verən yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
xəbər verir ki, bu barədə NDR televiziyası məlumat yayıb.
Ağır yanıq xəsarətləri alan xəstələrdən biri dünyasını dəyişib. 20-dən çox insan yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Yanğının söndürülməsi və insanların xilas edilməsi əməliyyatına 140 nəfər cəlb edilib. 50 xəstə digər tibb müəssisələrinə köçürülüb.
Yanğının səbəbi hələ müəyyən edilməyib.