ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyəti ilə bağlı hesabatı ABŞ-ın erməni sevgisinin növbəti bariz nümunəsidir
Bunu -ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov qeyd edib ki, bu gün dünya düzənində ikili standartlar nümunəsini ortaya qoyan ölkələr arasında ABŞ birinci yerdə dayanır: “Bunu tərəddüd etmədən söyləyə bilərik. Çünki ABŞ bütün məsələlərə “öz pəncərəsindən” baxdığı üçün dünən ağ rəngdə gördüyünü bu gün qara rəngdə görür. ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatı da bunu bir daha təsdiqləyir. Hesabatın Azərbaycana aid hissəsi əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir. Dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur. Halbuki bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan məhz ABŞ-dır”.
Deputat vurğulayıb ki, məhz bu ölkədə dini və irqi ayrıseçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır: “Bu hesabatla bağlı diqqət ediləsi daha bir məqam isə hesabatın ermənilər tərəfindən tərtib olunmasıdır. Hesabatın Azərbaycana aid olan hissəsi rəhbəri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırlanıb. Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub, Livanın Los-Ancelesdəki konsulluğunda işləyib. Bu isə ABŞ-ın erməni sevgisinin növbəti bariz nümunəsidir. Həm bu, həm də digər məqamlar, üstəlik, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, “Abzas media” və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir”.