Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb. Şəhər sakinləri – 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və onun övladları – 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı, 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, Ruhiyyə Rəsulova Naxçıvanda jurnalist kimi fəaliyyət göstərir.
Faktla bağlı araşdırma aparılır.