2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 738 milyon 966 min ABŞ dolları təşkil edib.
“-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 73% və ya 311.8 milyon dollar artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsinin həcmin 427 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycandan Türmənistana ixracın həcmi 4 dəfə artaraq 77.3 milyon dollara, Türkmənistandan Azərbaycana ixracın həcmi isə 62.4% artaraq 661.6 milyon dollara bərabər olub.
Qeyd edək ki, Türkmənistan Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında altıncı yerdədir.
Xatırladaq ki, bu dövrdə Türkmənistanla ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1.56%-ni təşkil edib.