Bakıda irsin qorunması üçün ekspert komissiyası təsis olunacaq

Bakının Mərkəzi Planlaşdırma Rayonunda irsin qorunması üçün ekspert komissiyası təsis olunacaq.

-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Bakının mərkəzi hissəsinin şəhər simasının qorunaraq inkişaf etdirilməsi üçün Baş Plan çərçivəsində Bakının Mərkəzi Planlaşdırma Rayonunun yaradılması təklif olunur. Qeyd edilən rayonun ərazisinə İçərişəhər, onun mühafizə zonası, habelə şəhərin memarlıq abidələrinin əksəriyyətinin yerləşdiyi ərazi daxildir. Tarixi binalarla yanaşı, müasir və əlamətdar binaların da yerləşdiyi Bakının Mərkəzi Planlaşdırma Rayonu özünəməxsus şəhər simasına malik ərazidir.

İrsin qorunması istiqamətində Baş Plan çərçivəsində nəzərdə tutulan tədbirlərə həmçinin tarixçilər, memarlar, şəhərsalma mütəxəssisləri, sənətkarlar və daşınmaz əmlak mütəxəssislərindən ibarət ekspert komissiyasının təsis olunması tövsiyə olunur. Qeyd olunan Komissiya sözügedən ərazi daxilində müəyyən olunmuş abidələrin yaxınlığında və tarixi ərazilərdə aparılan işlər zamanı müvafiq qurumların və sərmayədarların məlumatlandırılması və istiqamətləndirilməsi vəzifəsini yerinə yetirəcək. Komissiyanın ekspertləri maraqlı tərəflərin ərazidə həyata keçirilən və ya keçirilməsi nəzərdə tutulan tədbirlərin potensial mənfi təsirləri barədə məlumatlandırmalı və alternativ planlaşdırma həlləri müəyyən etmək üçün tarixi binaların yaxınlığında yeni təklif olunan inkişaf təşəbbüsləri ilə bağlı tövsiyələrin verilməsini təmin etməlidir.

Share: