Vahid Avropa silah sənayesi Avropanı uzunmüddətli perspektivdə Rusiyadan təhlükəsiz saxlamaq üçün yeganə həll yoludur.
-nın məlumatına görə, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski “Xalq və müdafiə” konfransında deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Avropaya qarşı hibrid müharibəsini davam etdirir, lakin onu məğlub etmək mümkündür. Ukrayna lideri vurğulayıb ki, Ukrayna Avropanın ən mühüm təhlükəsizlik donorlarından biridir. Bu barədə danışan Zelenski, verdiyi dəstəyə görə İsveçə təşəkkür edib və bu ölkə ilə birgə istehsalın vacibliyindən danışıb.
Zelenski vurğulayıb ki, Ukrayna artıq Türkiyə, Rumıniya, Polşa və Böyük Britaniya ilə birgə müdafiə fəaliyyətlərinə başlayıb. Çexiya, ABŞ və Almaniya ilə də müvafiq müqavilələr var.