Lui Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün müntəzəm danışıq aparır

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanla Azərbaycan arasındakı sülh prosesini dəstəkləmək üçün tərəflərlə müntəzəm danışıq aparır.

-nın sorğusuna cavab olaraq bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenji bildirib.

Səfirlik rəsmisi xatırladıb ki, Qafqaz danışıqları üzrə baş məsləhətçi cənab Lui Bono ABŞ-nin sülh prosesinə dəstəyini, davamlı ədalətli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfərlər edir.

“Cənab Bono sülh prosesini dəstəkləmək üçün Ermənistan və Azərbaycanda bir neçə əsas maraqlı tərəflərlə müntəzəm olaraq danışıqlar keçirir. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq”, – mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmisi bu gün Ermənistanda bir sıra yüksək səviyyəli görüşlər keçirib.

Görüşlərin əsas mövzusu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi olub.

Share: