İndoneziyanın Talaud adası yaxınlığında 6,9 maqnitudalı zəlzələ qeydə alınıb.
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 679 min insanın yaşadığı Filippinin General Santos şəhərindən 179 km cənub-qərbdə olub.
Zəlzələ ocağı yerin 70 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.