Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü bərpa edir

Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü bərpa edir

Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü bərpa edir

Almaniya hökuməti Səudiyyə Ərəbistanına 150 ədəd IRIS-T hava-hava raketinin ixracına icazə verib.

DP-ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumət sözçüsü Steffen Seibert bugün mətbuat konfransında deyib.

“Spiegel” xəbər jurnalının verdiyi xəbərə görə, bu məsələ ilə tanış olan təhlükəsizlik mənbəsi isə bildirib ki, dekabr ayında Almaniyanın Federal Təhlükəsizlik Şurası ixraca icazə verib.

Almaniyanın silah istehsalçısı “Diehl” tərəfindən istehsal olunan IRIS-T raketləri Səudiyyə Ərəbistanının “Eurofighter” təyyarələri tərəfindən istifadə olunur.

Hələ çatdırılması gözlənilən yeni partiyanın Səudiyyə Ərəbistanının son illərdə tükənmiş ehtiyatlarını doldurmaq üçün nəzərdə tutulduğunu deyən mənbə bildirib ki, bu raketlər son vaxtlar husilərin nəzarətində olan Yəməndən atılan pilotsuz təyyarələrini vurmaq üçün də istifadə olunub.

Xatırladaq ki, Səudiyyəli jurnalist Camal Qaşıqçının 2018-ci ildə öldürülməsindən sonra Krallığa silah ixracı qadağan edilib.

Share: