Yəməndəki husi üsyançılarının Qırmızı dənizdə gəmiçiliyə davam edən hücumları fonunda Avropa İttifaqı (Aİ) öz dəniz əməliyyatını nəzərdən keçirir.
-nın məlumatına görə, bu barədə “Bloomberg” müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, bu həftə Aİ-yə üzv ölkələr əməliyyatın xərclərini ödəməyə və onun həyata keçirilməsi üçün gəmilər verməyə hazır olduqlarını müzakirə edirlər. Bu məsələlərlə bağlı yekun qərar yanvarın 22-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə qəbul edilə bilər. Mənbələrin məlumatına görə, Almaniya əməliyyatda iştirak etmək arzusunu ifadə edib.