Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsində taxta və məişət tullantıları yığılmış tikilidə yanğın olub.
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 30 kvadratmetr sahədə taxta və məişət tullantıları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.