Avropa İttifaqı (Aİ) Şimali Koreyanın ballistik raket buraxılışını pisləyib. KXDR hakimiyyətini regionda və onun hüdudlarından kənarda beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən qeyri-qanuni hərəkətləri dayandırmağa çağırıb.
xəbər verir ki, bu barədə Aİ-nin yaydığı bəyanatda bildirilib.
Brüsselin fikrincə, Koreya yarımadasında davamlı sülh və təhlükəsizliyə nail olmağın yeganə yolu Pxenyanın dialoqda iştirakı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq öz öhdəliklərini yerinə yetirməsidir.
Aİ, həmçinin qeyd edib ki, Koreya yarımadasının tam və dönməz nüvəsizləşdirilməsinə yönəlmiş diplomatik prosesin inkişafı üçün bütün tərəfdaşlarla işləməyə hazırdır.
Qeyd edək ki, Şimali Koreya yanvarın 14-də ortamənzilli ballistik raketi sınaqdan keçirib.