Masallıda qaz paylayıcı stansiyasında baş verən problem aradan qaldırılıb.
Masallı rayon İcra Hakimiyyəti başçısının Güllütəpə ərazi icra nümayəndəsi Əlövsət Muradovun – nın cənub bürosuna verdiyi məlumata görə, güclü şaxtanın təsirindən qırılan Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti təqribən saat 12:15 radələrində bərpa olunub.
Kəndlər mavi yanacaqla təmin olunub.
Qeyd edək ki, güclü şaxtanın təsirindən qırılan qaz xətti nəticəsində 2 min abonent qazsız qalmışdı.