Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən -nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
***
18.18
Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
TƏBİB-dən -nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.
İkisi böyük olmaqla – 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.
***
17:48
Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində baş verib.
Onlardan birinin öldüyü bildirilir.