®Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Sumqayıtda seçicilərlə görüşüb

®Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Sumqayıtda seçicilərlə görüşüb

®Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Sumqayıtda seçicilərlə görüşüb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə inamizəd Qüdrət Həsənquliyev Sumqayıtda seçicilərlə görüşüb.

xəbər verir ki, görüşdə Qüdrət Həsənquliyev böyük dəyişiklik platformasından bəhs edib. Platformasında Azərbaycanın bütövlüyü, dövlət suverenliyi, fərdi azadlıq, parlament demokratiyası, qanunun aliliyi, vətəndaşların mülkiyyət hüquqlarının qorunması, ədalətli vergilərin tətbiqi, hakimiyyətin ümumxalq səsverməsi yolu ilə ötürülməsi, azad bazar iqtisadiyyatı, cəmiyyətin hüquqi-siyasi islahatlar yolu ilə irəli aparılması kimi demokratik təməl prinsipləri, eləcə də Azərbaycanda Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsini əsas götürdüyünü bildirib.

BAXCP ekstrimizmin, separatizmin, terrorizmin, avtoritarizmin, irqçiliyin və ayrı-seçkiliyin bütün formalarını rədd edir, ədalətli və inkluziv cəmiyyət, hüquqi dövlət quruculuğunu və demokratiyanın inkişafını özünün başlıca hədəfləri saydığını qeyd edən Qüdrət Həsənquliyev prezident seçkilərində uğur qazanacağı təqdirdə aşagıda yer alan istiqamətlərdə islahatların aparılmasını vəd edib:

Dövlət quruculuğu sahəsində:

Qarabağ üzərində dövlət suverenliyinin bərpası münasibətilə geniş amnistiya aktının qəbulu;

9 ay ərzində dövlət idarəetməsinin parlament respublikası modelini əsas götürən yeni Konstitusiyanın qəbulu;

2025-ci ilin fevralında yeni Konstitusiyaya uyğun olaraq proporsional seçki sistemi əsasında yeni parlament seçkilərinin keçirilməsi
Yeni Konstitusiyada ölkəmizin Şimali Azərbaycan Cümhuriyyəti adlandırılması;

Dövlət hakimiyyətinin həyata keçirilməsində hakimiyyətin bölünməsi (hakimiyyətin ayrı-ayrı qollarının bir-birinə nəzarət etməsi və balans yaratması) prinsipinə real məzmun verilməsi

Milli Məclisin Ali Məclis adlandırılması;

Çoxpartiyalı sistemin inkişafı üçün parlamentdə ən azı 3 siyasi partiyanın təmsil olunmasının konstitusion əsasının yaradılması və hər bir partiyaya və ya partiyalar blokuna Ali Məclisə keçirilən seçkilərdə topladığı səsdən asılı olmayaraq yerlərin 2/3- dən artığına sahib olmanın qadağan edilməsi;

Yeni Konstitusiyaya uyğun olaraq yeni seçki məcəlləsinin qəbulu;

Bürokratik aparatın müstəqil siyasi qüvvə kimi siyasi sistemdə çıxış etməsinə, o cümlədən siyasi vəzifələrə kadrlar seçməsinə son qoyulması
Parlamentdə 5 il müddətinə seçiləcək prezidentə məhdud səlahiyyətli “seremonial şəxs” status verilməsi, icra hakimiyyətinin başında Baş Nazirinin dayanması;

Baş Nazirin namizədliyinin parlament seçkilərində qalib gələn siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi və Ali Məclisdə seçilməsi

Dövlət idarəetmə orqanlarında struktur islahatlarının aparılması və dövlət aparatını çevik və yığcam etmək üçün məmurların sayının 1/3-dək azaldılması;
Millət vəkillərinin 4 il müddətinə seçilməsi, onların sayının 151 nəfərə çatdırılması, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev fevralın 7-də seçiciləri səsvermədə aktiv iştirak etməyə dəvət edib.

Share: