Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ildə 18,3 mln. ton yük, 7 107,5 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “-Economics”ə verilən məlumata görə, 2022-ci illə müqayisədə ötən il yük daşınmasında 2,6% azalma, sərnişin daşınmasında isə 38,4% artım müşahidə olub.
“Orta hesabla sutkada 400 vaqon yüklənmiş, 424 vaqon isə boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,2 min ton, Qərb istiqaməti üzrə 3,1 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, – məlumatda qeyd olunub.