Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İraqın Baş naziri Məhəmməd Şiə Əl-Sudani ilə görüşüb.
xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti “X” hesabında bildirib.
“İraqın Baş naziri Əl Sudani ilə zorakılığın regionda yayılmasının qarşısının alınması zərurətini müzakirə etdik”, paylaşımda qeyd olunub.
O bildirib ki, görüşdə Aİ və İraq arasında münasibətlər də müzakirə olunub. “Aİ İraqın islahat gündəmini dəstəkləyir və investisiyaları artırmağa çalışır. Mən miqrasiya sahəsində səmərəli əməkdaşlığı alqışlayıram”, von der Leyen bildirib.